Haqqımızda

Cautech.az IT xidmətləri, korporativ təchizat, elektronika və təhlükəsizlik sistemləri sahəsində fəaliyyət göstərən peşəkar texnologiya şirkətidir.
Şirkətimiz həm korporativ müştərilər, həm də fərdi istifadəçilər üçün müasir texnologiya həlləri, keyfiyyətli məhsullar və peşəkar texniki dəstək xidmətləri təqdim edir. Məqsədimiz müştərilərimizə etibarlı məhsul təminatı, stabil əməkdaşlıq və uzunmüddətli texnoloji həllər təqdim etməkdir.
Fəaliyyət istiqamətlərimiz:
• IT xidmətləri və texniki dəstək
• Notebook və kompüter satışı
• Printer və çap sistemləri
• Korporativ ofis təchizatı
• Təhlükəsizlik kamera sistemləri
• Şəbəkə və internet avadanlıqları
• Kondisioner satışı və servis xidməti
• Məişət texnikası və elektronika məhsulları
• Korporativ, topdan və pərakəndə satış həlləri
Cautech.az Lenovo, HP, Asus, Acer, Dell, Canon, Epson, TP-Link, Hikvision, Dahua, Kingston, JBL, Motorola, Panasonic, AUX, Gree, Midea, Haier, Daikin, LG, JVC, Vestel və digər beynəlxalq markalar üzrə rəsmi tərəfdaşlıq və korporativ həllər təqdim edir.
Rəsmi tərəfdaşlıq (DİLLER) statusumuz sayəsində müştərilərimizə orijinal məhsullar, rəsmi zəmanət və peşəkar texniki dəstək təqdim olunur.
Peşəkar komandamız məhsul seçimi, layihələndirmə, quraşdırılma, texniki konsultasiya və satış sonrası dəstək xidmətləri ilə operativ və effektiv həllər təqdim edir.
Biz müasir texnologiyanı etibarlı xidmət və keyfiyyətli məhsul təminatı ilə birləşdirərək bizneslərin və fərdi müştərilərin daha təhlükəsiz, məhsuldar və stabil fəaliyyət göstərməsinə dəstək oluruq.